• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Puqaçova 5 ilədək həbs oluna bilər

MƏDƏNİYYƏT

11 Iyul 2024 | 13:14

Puqaçova 5 ilədək həbs oluna bilər

SSRİ xalq artisti Alla Puqaçovanın qeydlərində Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlər aşkar olunarsa, o, cinayət məsuliyyətinə cəlb oluna, 5 ilədək həbs cəzası ala bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bildirib.

“Onun qeydləri Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlərin olması baxımından öyrəniləcək. Məlum olduğu kimi, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məhz bununla məşğuldurlar. Bu, artıq 5 ilə qədər həbslə nəticələnən cinayət maddəsi ola bilər”, - Juravlyov bildirib.

Puqaçova Rusiya qüvvələrinin iyulun 9-da Kiyevə raket hücumuna cavab olaraq yazıb:

“Allah səbirlidir, amma hər şeyin ölçüsü və həddi var”.

O, əlində qanlı uşaq olan qadının əks olunduğu fotonu da yayımlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026