• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

SİYASƏT

15 Sentyabr 2026 | 16:34 | Müəllif: Əli Hüseynov

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib.

    Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlərin məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istədiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026