"PISA balı imtahan qiyməti və ya faiz göstəricisi deyil".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, 500 bal tarixi istinad nöqtəsidir və şkala oxu savadlığı üzrə 2000, riyazi savadlılıq üzrə 2003, təbiət elmləri üzrə 2006-cı ildə qurulub.
Onun sözlərinə görə, 2025-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ortalaması təbiət elmləri üzrə 482, riyazi savadlılıq üzrə 463, oxu savadlığı üzrə isə 461 baldır.
Emin Əmrullayev qeyd edib ki, 2-ci səviyyə beynəlxalq müqayisədə əsas həddir və 407-420 bal aralığını əhatə edən bu səviyyəni keçən şagird öyrəndiklərini yeni vəziyyətlərdə də tətbiq edə bilir.
Zeynəb Rzayeva
















