• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan “İsgəndər” barədə sualı cavablandırmadı

DÜNYA

03 Mart 2021 | 18:29

Paşinyan “İsgəndər” barədə sualı cavablandırmadı

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Dağlıq Qarabağ müharibəsində “İsgəndər” raketlərinin istifadəsi və effektivliyi barədə sualı cavablandırmaqdan imtina edib.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, baş nazirə sualı “Parlaq Ermənistan” fraksiyasının deputaı Arkadi Xaçatriyan ünvanlayıb.

Onun əvəzinə baş nazirin müavini Tiqran Avinyan danışıb. Avinyan deyib ki, baş nazirin mətbuat katibi vəziyyəti izah edib, əlavə edəcək bir şey yoxdur.

Bundan əvvəl Paşinyanın mətbuat katibi Mane Qevorkyan, baş nazirə Rusiya istehsalı olan “İsgəndər” raketlərinin Qarabağ müharibəsində istifadəsi barədə yanlış məlumat verildiyini demişdi.

Xatırladaq ki, Paşinyan gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə parlamentə gəlib. Polis parlamentin qarşısındakı küçəni bağlayıb, binaya snaypelər yerləşdirilib. Eyni zamanda hazırda Ermənistan müxalifəti də mitinq keçirir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026