• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda defolt XƏBƏRDARLIĞI

DÜNYA

14 Iyun 2022 | 11:28

Pakistanda defolt XƏBƏRDARLIĞI

Pakistan hökuməti neft məhsulları üçün subsidiyaları aradan qaldırmasa, ölkə defoltla üzləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ölkənin maliyyə və gəlirlər naziri Miftah İsmayıl deyib.

Onun sözlərinə görə, İslamabad Beynəlxalq Valyuta Fondunun (BVF) xilasetmə proqramının bərpası qarşısındakı maneələri hələ də aradan qaldırmayıb. Ölkə “neft məhsulları üçün subsidiyalar fəaliyyətini davam etdirir”.

Bundan əlavə, 2022/2023-cü illər üçün təklif olunan dövlət büdcəsində maliyyə institutunun təklif etdiyi fiziki şəxslərin gəlir vergilərinə düzəlişlər daxil edilməyib.

Miftah İsmayıl vurğulayıb ki, “hökumət qiymətləri qaldırmasa, BVF Pakistanla sövdələşmə aparmayacaq və bu, defolta səbəb ola bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026