Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İshaq Dar X sosial şəbəkə hesabında məlumat yayıb.
"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - paylaşımda bildirilib.
Pakistanın xarici işlər naziri bildirib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir:
"Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".
Bakı 




