• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Omikron” İrlandiyada sürətlə yayılır

DÜNYA

19 Dekabr 2021 | 20:35 | Müəllif: Subhan Mahmudov

“Omikron” İrlandiyada sürətlə yayılır

Yeni növ koronavirus infeksiyasının "Omikron" variantı digərlər ştamları sürətlə üstələyərək İrlandiyada dominant olub.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təkcə bu gün yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 124 yoluxma faktı qeydə alınıb, 436 xəstə xəstəxanaya yerləşdirilib, onlardan 107-si reanimasiya şöbələrindədir.

Nazirlik bildirib ki, yoluxanların təxminən 52 faizində "Omikron" ştamı aşkarlanıb.

"Koronavirusun omikron ştamının İrlandiyada dominant olması üçün cəmi iki həftə lazım oldu ki, bu da yalnız bu variantın nə qədər yüksək ötürücü olduğunu göstərir", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR