ABŞ-nin Ohayo ştatında islah müəssisəsinin ərazisinə ildırım düşməsi nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox Weather” ştatın Reabilitasiya və İslah Departamentinə (ODRC) istinadən məlumat yayıb.
“İldırım Qrafton islah müəssisəsinə düşüb. 16 nəfər müalicə üçün şəhərdən kənardakı xəstəxanaya aparılıb”, – deyə məlumatda bildirilib.
Telekanalın məlumatına görə, ildırım məhbusların axşam yeməyindən qayıtdığı vaxt düşüb. Tibbi yardım göstərilməsi üçün xəsarət alan 16 nəfər dövlət xəstəxanasına aparılıb. Yaralılardan birinin təxliyəsi helikopter vasitəsilə həyata keçirilib.
Bakı 



