• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Oğuzda meşəlik ərazidə yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

04 Aprel 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

Oğuzda meşəlik ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Saat 16:04-də Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0,5 hektar sahədə quru ot və kol-kos yanıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilb. Məlumata görə, yanğın saat 18:48-də Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:20

Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

***

19:15

Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.

Yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026