• Bakı 31° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

“Nyukasl”ın yeni baş məşqçisi bəlli olub

İDMAN

09 Avqust 2026 | 12:35

“Nyukasl”ın yeni baş məşqçisi bəlli olub

“Nyukasl Yunayted” Eddi Haunun gedişindən sonra yeni baş məşqçisini müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, İngiltərə klubu 38 yaşlı almaniyalı mütəxəssis Mattias Yaysleni baş məşqçi təyin edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı bildirilir.

Yaysle daha əvvəl “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarını çalışdırıb. O, “Əl-Əhli” ilə ardıcıl iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub, həmçinin Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

Mütəxəssis xüsusilə gənc futbolçuların inkişafına verdiyi önəm və yüksək intensivlikli pressinq futbolu ilə tanınır. “Nyukasl” rəhbərliyinin də məhz bu xüsusiyyətlərə görə Yaysleni əsas namizəd seçdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026