• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Neftçi" "Səbail"ə qalib gəldi

İDMAN

18 May 2025 | 19:07 | Müəllif: Subhan Mahmudov

"Neftçi" "Səbail"ə qalib gəldi

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026