• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Neftçalada ağır yol qəzası: Ölən və yaralananlar var

HADİSƏ

03 Sentyabr 2022 | 23:52 | Müəllif: Subhan Mahmudov

Neftçalada ağır yol qəzası: Ölən və yaralananlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb.

Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR