• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Naxçıvanda avtomobil körpüdən aşdı - Ölən var

HADİSƏ

31 Yanvar 2023 | 18:17 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda avtomobil körpüdən aşdı - Ölən var

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin- sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb.
Sürücü Xanlar Heydərov ağır bədən xəsarəti alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026