• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Naxçıvan gömrükçüləri 5 kq tiryəki müsadirə etdi

HADİSƏ

01 Aprel 2022 | 15:59 | Müəllif: Subhan Mahmudov

Naxçıvan gömrükçüləri 5 kq tiryəki müsadirə etdi

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir əməliyyat həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, fakt Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.

Belə ki, muxtar respublika ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən 5,18 kiloqram tiryək aşkarlanıb.

Faktla bağlı yerli komitənin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026