• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"NATO-ya qoşulmaq üçün hər şeyi etmişik" - Zelenski

DÜNYA

19 Fevral 2026 | 09:30

"NATO-ya qoşulmaq üçün hər şeyi etmişik" - Zelenski

“Ukrayna NATO-ya qoşulmaq üçün lazım olan hər şeyi edib. Lakin son qərarı Alyansa üzv ölkələr verəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, ABŞ-nin nə əvvəlki administrasiyasının, nə də indiki administrasiyasının Ukraynanı NATO-da görmədiyini vurğulayaraq bildirib ki, bu, gələcəkdə bunun baş verməyəcəyi anlamına gəlmir.

"Qərar vermək bizdən asılı deyil. Biz artıq etməli olduğumuzu etmişik. Biz artıq NATO-ya qoşulmağa və bütün müttəfiqlərimizi gücləndirməyə hazır olduğumuzu demişik. Başqa nə edə bilərik? Heç nə. İndi top tərəfdaşlarımızın; NATO ölkələrinin meydançasındadır", - Zelenski əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026