• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İsveçrə ABŞ-yə silah tədarükünü dayandırdı

DÜNYA

20 Mart 2026 | 23:37

İsveçrə ABŞ-yə silah tədarükünü dayandırdı

İsveçrə Federal Şurası İranla hərbi münaqişədə iştirak edən ölkələrə hərbi texnika göndərməmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarənin rəsmi portalında bildirilir.

"İranla beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnikanın ixracına münaqişə dövründə icazə verilə bilməz", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, digər malların ixracı idarələrarası ekspert qrupu tərəfindən, xüsusilə, onların neytral statusa uyğunluğu baxımından müntəzəm olaraq yoxlanılacaq.


SON XƏBƏRLƏR

20 Mart 2026