Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində Yuxarı Ləki kənd sakini Əhmədiyyə Qafarov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində daşıdığı 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.


















