• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Narkotik maddənin təsiri altında olan sürücü saxlanıldı - VİDEO

HADİSƏ

06 Aprel 2026 | 11:18

Narkotik maddənin təsiri altında olan sürücü saxlanıldı - VİDEO

Neftçala rayon sakini İsmayıl Hüseynov BMW markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən Yol Patrul Xidməti (YPX) Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb:

"BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək".


SON XƏBƏRLƏR

05 Aprel 2026