Təhsilverənlərin geyim formaları ilə bağlı yeni qaydalar hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, təhsilverənlərin geyimi ilə bağlı qərarlar artıq qəbul edilib və yeni qaydaların yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.
Emin Əmrullayev müəllimlərin geyiminin tədris mühitinə təsir göstərdiyini qeyd edib.
“Qaydalar yaxın günlərdə qüvvəyə mindikdən sonra bununla bağlı ətraflı məlumat veriləcək”, – deyə nazir bildirib.
Əli Hüseynov
















