• Bakı C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Müctəba Xamenei: "Türkiyə və Omana zərbələr endirməmişik"

DÜNYA

20 Mart 2026 | 20:05

Müctəba Xamenei: Türkiyə və Omana zərbələr endirməmişik

"Nə İran, nə də onun Yaxın Şərqdəki müttəfiqləri Türkiyə və Omana zərbələr endirib. Bu hücumlar İsrailin təxribatıdır".

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Müctəba Xamenei Novruz bayramı münasibətilə müraciətində bildirib.

"Bizimlə yaxşı münasibətlər saxlayan Türkiyə və Omanda bəzi obyektlərə edilən hücumlar İslam Respublikasının Silahlı Qüvvələri və ya "Müqavimət oxu"nun digər qüvvələri tərəfindən həyata keçirilməyib.

Bu, İsrailin İslam Respublikası ilə qonşu ölkələr arasında nifaq yaratmaq məqsədilə istifadə etdiyi təxribat taktikasıdır və bu cür hallar digər ölkələrdə də baş verə bilər", - deyə M.Xamenei vurğulayıb.


SON XƏBƏRLƏR