q
  • Bakı 15° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Dünyada ilk: Ukrayna "Şahid"i belə məhv etdi

DÜNYA

19 Aprel 2026 | 18:56

Dünyada ilk: Ukrayna Şahidi belə məhv etdi

Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) elit bölməsinin hərbçiləri dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılmış dron vasitəsilə "Şahed" pilotsuz uçuş aparatını (PUA) vurmağa nail olublar.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, tapşırığı dəniz təlimləri zamanı 412-ci əlahiddə "Nemesis" PSQ operatorları yerinə yetiriblər.

"Bu, dəniz və hava pilotsuz imkanlarının inteqrasiyasının yeni səviyyəsidir. Önləyici dronların yerləşdirilməsi üçün suüstü daşıyıcıların tətbiqi hava təhdidlərinə qarşı mübarizə imkanlarını genişləndirir və Ukrayna şəhərlərinin müdafiəsi üçün əlavə eşelon formalaşdırır", - məlumatda qeyd olunur.


SON XƏBƏRLƏR

18 Aprel 2026