• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

MTN generalının məhkəməsində intihara cəhd

HADİSƏ

21 Iyun 2022 | 12:08

MTN generalının məhkəməsində intihara cəhd

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin məhkəməsində intihara cəhd baş verib.

Bakıvaxtı.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmağa cəhd edib.

Dərhal məhkəmə iclas zalının nəzarətçisi və polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Hadisənin qarşısı alınıb və Ə.Həsənəliyev zaldan çıxarılıb.

Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50 min dollar alıblar. Zərərçəkən məhkəmə prosesinə sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun çağırılaraq dindirilməsini istəyir. O, sözügedən cinayət işi üzrə 36 zərərçəkəndən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR