Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Motosiklet yolu keçən 2010-cu il təvəllüdlü Kərimov Kamran Rəşad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ dirsək nahiyəsinin sınığı diaqnozu qoyulub.(report)
















