• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Mingəçevir su anbarında ölüm hadisəsi - YENİLƏNİB

HADİSƏ

12 Avqust 2024 | 16:06 | Müəllif: Əli Hüseynov

Mingəçevir su anbarında ölüm hadisəsi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə suda batan şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən a verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:07

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026