• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məmmədyarov və Rəcəbov dünya çempionuna qarşı

İDMAN

14 Mart 2021 | 13:10

Məmmədyarov və Rəcəbov dünya çempionuna qarşı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış günündə növbəti 5 turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Şəhriyar Məmmədyarov altıncı turda FİDE təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Sonrakı oyunda şahmatçımız hazırkı dünya çempionu Maqnus Karlseni qara fiqurlarla sınağa çəkəcək. Ş.Məmmədyarov növbəti 3 qarşılaşmada ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Teymur Rəcəbov ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026