• Bakı C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Melaniyanın ingilis dilində danışa bilməməsi gündəm oldu - VİDEO

DÜNYA

10 Aprel 2026 | 21:51

Melaniyanın ingilis dilində danışa bilməməsi gündəm oldu - VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ-nin birinci xanımı Melaniya Tramp maliyyəçi Ceffri Epşteynlə əlaqəsi olması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. 

Bakıvaxtı.az xəbər verir ki, Epşteynlə heç vaxt əlaqəsinin olmadığını deyən Melaniyanın ingilis dilində səlis danışa bilməməsi gündəm olub. 

Belə ki, qısa çıxışını kağız parçasından oxuyan Birinci xanım sözləri düzgün tələffüz edə bilməyib. Şərhlərdə 30 ilə yaxındır ABŞ-də yaşamasına baxmayaraq ingilis dilində yaxşı danışmaması Melaniyaya irad tutulub. 

Qeyd edək ki, Melaniya Tramp 2001-ci ildə Sloveniyadan ABŞ-yə miqrasiya edib. O, 2006-cı ildə ABŞ vətəndaşlığı alıb. 

 


SON XƏBƏRLƏR