• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Mehdiyev Talıbovun adını eşidən kimi... - TƏFƏRRÜAT

CƏMİYYƏT

01 Dekabr 2022 | 11:24

Mehdiyev Talıbovun adını eşidən kimi... - TƏFƏRRÜAT

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev DTX-nin Naxçıvanda keçirdiyi son əməliyyatı, həbsləri şərh etmək istəməyib.

Bakıvaxtı.az  xəbər verir ki, Musavat.com Naxçıvanda baş verənlərlə bağlı Ramiz Mehdiyevin mövqeyini öyrənməyə çalışıb.

Canlı efirdə telefon zənginə cavab verən AMEA-nın sabiq rəhbəri bu işlərdən uzaq olduğunu bildirib: “Bilirsiniz, mən bu işlərdən uzağam. Ona görə bir şey deyə bilmərəm sizə. Sağ olun”.

Daha sonra R.Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adını eşidəndən sonra dəstəyi asıb. 

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Həbs edilən şəxslər arasında Naxçıvanın maliyyə naziri Rafael Əliyev də var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026