• Bakı C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Mehdiabadda qəbiristanlığı su basdı - FOTOLAR

CƏMİYYƏT

10 Aprel 2026 | 16:16

Mehdiabadda qəbiristanlığı su basdı - FOTOLAR

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığı su basıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. 

Onların sözlərinə görə, artıq 15 gündür ki, qəbirlər su altında qalıb, lakin heç bir tədbir görülmür. 
Ətraflı

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Mehdiabad qəsəbə qəbiristanlığının çökək hissəsində yağış və qrunt sularının yığılması müşahidə olunub:

“İlk günlərdən başlayaraq, qəsəbənin ümumi istifadəsində olan yollarında, eləcə də qəbiristanlıqda su kütləsinin idarə olunması, yönləndirilməsi və axıdılması işləri təxirə salınmadan həyata keçirilib.

Əraziyə əlavə nasoslar cəlb olunub, o cümlədən arx qazılaraq suyun sürətli şəkildə axıdılması təmin edilib. Hazırda da qəbiristanlıqda ətrafı daşla hörülmüş və su yığılmış qəbirlərin ətrafının təmizlənməsi işləri həyata keçirilir”. 


SON XƏBƏRLƏR