• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq

CƏMİYYƏT

01 Iyul 2026 | 18:47 | Müəllif: Subhan Mahmudov

Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şəki, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən bəzi fərdi yaşayış evlərinin və mənzillərin təmiri həyata keçiriləcək.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.

Belə ki, layihə çərçivəsində damın metal ətəyinin köhnə rənginin və xarici divarların köhnə rənginin qaşınıb təmizlənməsi, həmçinin yararsız taxta qapı bloklarının sökülməsi və s. işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihəyə xərclənəcək ehtimal olunan ilkin məbləğ 459 892 manatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026