• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Mauro İkardinin yeni ünvanı bəlli olur

İDMAN

15 Sentyabr 2026 | 00:30 | Müəllif: Subhan Mahmudov

Mauro İkardinin yeni ünvanı bəlli olur

"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər.

Bakıvaxtı.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun "Olimpiakos"un maraq dairəsində olduğu bildirilir.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur. Yunanıstan klubu İkardini maliyyə şərtlərinə razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, İkardi karyerası ərzində "Sampdoriya", "İnter", PSJ və "Qalatasaray"ın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026