• Bakı 17° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

İki qardaş birləşib əmilərini BALTALADILAR

HADİSƏ

01 Avqust 2022 | 09:26

İki qardaş birləşib əmilərini BALTALADILAR

Masallıda qardaşlar qətl törədib.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, iyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR