• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Şabranda dağlıq-meşəlik ərazi yanır

HADİSƏ

30 Avqust 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

Şabranda dağlıq-meşəlik ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026