Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstan "Olimpiakos"undan ayrılır.
Bakıvaxtı.az "Sport24.gr" saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi Pirey təmsilçisi ilə müqaviləsini pozmağa hazırlaşır.
Buna səbəb təcrübəli oyunçunun başqa klubdan sərfəli təklif almasıdır. O, adı açıqlanmayan komanda ilə artıq şəxsi sözləşməsini və maliyyə şərtlərini razılaşdırıb.
















