• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mahir Emreli Səudiyyə Ərəbistanına yollana bilər

İDMAN

18 Iyul 2023 | 15:04

Mahir Emreli Səudiyyə Ərəbistanına yollana bilər

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli Səudiyyə Ərəbistanının “Abha” klubunda çıxış edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən klubun baş məşqçisi Çeslav Mixneviç millimizin forvardının xidmətində maraqlıdır.

Vaxtilə “Legiya”da Emrelinin çalışdırcısı olmuş mütəxəssis hücumçuya bu barədə təklif edib.

Mahir Emrelinin anası Elnurə Emreli açıqlamasında məlumatı təkzib etməyib:

“Mixneviçlə Mahirin əlaqələri var və hər zaman danışırlar. Amma indiki halda Zaqreb klubuna rəsmi təklif gəlməyib. Ümumiyyətlə, hələlik Mahir üçün heç bir komandadan rəsmi təklif yoxdur”. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026