• Bakı 29° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Lukaşenko azərbaycanlı sənətçini təltif etdi

ŞOU

20 Iyul 2026 | 20:22

Lukaşenko azərbaycanlı sənətçini təltif etdi

“Vitebsk” Beynəlxalq estrada mahnı müsabiqəsinin iştirakçısı olan azərbaycanlı sənətçi Nəfisə Akiyeva Belarus Prezidentinin “Slavyan ümidi” xüsusi mükafatına layiq görülüb. Mükafatı Baş nazirin müavini, “Vitebskdə Slavyan Bazarı” festivalının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Nataliya Petkeviç təqdim edib.

Bakıvaxtı.az “Belta”ya istinadla xəbər verir ki, Baş nazirin müavini tədbir boyunca Yay Amfiteatrının səhnəsindən çoxlu xoş sözlər söyləndiyini qeyd edib.

“35 il əvvəl bu festivalı qoruyub saxladığına, dirçəltdiyinə və hazırda çox yüksək səviyyəyə qaldırdığına görə Prezident Aleksandr Lukaşenkoya dərin minnətdarlığımı bildirirəm. Milyonlarla tamaşaçıya möhtəşəm bayram əhvali-ruhiyyəsi bəxş etdiyinizə, bu səhnəni gənc estrada müğənniləri üçün pərvazlanma məkanına çevirdiyinizə görə minnətdaram. Çoxlu incəsənət növlərini özündə birləşdirən bu festivalın məhz Şaqal, Pen kimi dahi şəxsiyyətlərin Vətənində keçirilməsi heç də təsadüfi deyil. Arzu edirəm ki, festivalımızın hələ çoxlu yubileyləri olsun və 35 ildən sonra da eyni heyətlə burada yenidən görüşək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026