• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Lənkəranda narkotik satan şəxs həbs edilib

HADİSƏ

12 Avqust 2024 | 10:32 | Müəllif: Əli Hüseynov

Lənkəranda narkotik satan şəxs həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.

K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıqla ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026