• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Külək Bakıda 5 avtomobilə ziyan vurdu - VİDEO

CƏMİYYƏT

13 Fevral 2022 | 23:45 | Müəllif: Qalib İbrahimoğlu

Külək Bakıda 5 avtomobilə ziyan vurdu - VİDEO

Bakıda əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, köhnə restoranın qəzalı vəziyyətdə olan divarları güclü külək nəticəsində aşaraq 3 maşını yararsız hala salıb. Hadisə Binəqədi rayonunda baş verib.

Rayon ərazisindəki doqquzmərtəbəli binanın həyətində park edilmiş 3 avtomobilə ciddi ziyan dəyib.

Paytaxtda küləyin fəsad törətdiyi daha bir hadisə Nəsimi rayonunda qeydə alınıb. Biri ciddi şəkildə olmaqla 2 avtomobil binadan qopan daşların zərbəsindən zərər görüb.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026