• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

KTN-də kadr dəyişikliyi olub

GÜNDƏM

18 Sentyabr 2024 | 10:31

KTN-də kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, onun yerinə Seymur Səfərli təyin edilib.

Yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universtetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026