• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Körpə faciəvi şəkildə öldü

HADİSƏ

20 Iyul 2023 | 09:42

Körpə faciəvi şəkildə öldü

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026