• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bəzi dağ çaylarından sel keçəcək

HADİSƏ

18 Avqust 2023 | 20:16

Bəzi dağ çaylarından sel keçəcək

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, avqustun 19-u gündüzdən 20-si gündüzədək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, avqustun 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026