• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Komadan ayıldı, borca düşdü: 23 yaşlı gəncin FACİƏSİ

CƏMİYYƏT

15 Aprel 2026 | 13:26

Komadan ayıldı, borca düşdü: 23 yaşlı gəncin FACİƏSİ

“Oğlum 29 gün komada qaldı, yalnız həkimlərin səyləri nəticəsində həyata qaytarıldı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu yol-nəqliyyat hadisəsi nəticəsində həyatı alt-üst olan 23 yaşlı Şahin Dadaşovun anası Aytəki Babayeva deyib.

Onun sözlərinə görə, hadisə 2 il əvvəl baş verib. Belə ki, 2024-cü ilin avqustunda Ş.Dadaşov iş yerindən icazə alıb yaxınlıqdakı aptekə gedərkən avtomobil onu vurub. Ailəsi hadisədən o, xəstəxanaya aparılandan sonra xəbər tutub:

“Hadisəni törədən Rəşidi iki gün grdüm deyən olmadı. Saxlanıldığını desələr də, o, ilk gündən azadlıqda idi”.

Qəzanı törədən şəxs müalicə xərclərini üzərinə götürəcəyinə söz versə də, vədinə əməl etməyib. Hələ bu azmış kimi, "Məltəm" hospitalında Şahinin adına 7000 manat borc yaranıb və tibb müəssisəsi iflic vəziyyətdə olan bu gənci məhkəməyə verib.

Qəzanı törədən şəxs barışıq əldə etmək üçün Şahinin anasının yanına iki nəfər Qarabağ qazisini göndərib. Onlar Aytəkin Babayevaya söz veriblər ki, barışıq sənədinə qol çəksin, oğlu müalicə ediləcək.

Ana qazilərə inanıb. İndi isə A.Babayevanın telefon nömrəsini bloklayaraq ortadan qeyib olublar. Sonradan məlum olub ki, onlardan biri özünü saxta adla təqdim edib və hətta həmin şəxs barədə "medal alqı-satqısı" ilə bağlı cinayət işi ehtimalı ilə bağlı araşdırma aparılıb.

Aytəkin Babayevanın dediyinə görə, hadisə ilə bağlı məhkəmə prosesi keçirilib və qərara əsasən, qəzanı törədən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Köməksiz durumda qalan ana oğlunun ölüm-qalım mübarizəsində Azərbaycan xalqından yardım istəyir.

Murad Məmmədli


SON XƏBƏRLƏR