• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kiyevin müdafiəsi üçün YENİ PLAN

DÜNYA

29 Aprel 2022 | 13:18 | Müəllif: Subhan Mahmudov

Kiyevin müdafiəsi üçün YENİ PLAN

Ukrayna hərbi rəhbərliyi Kiyevin müdafiəsi üçün yeni plan hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının qərargah rəisi Sergey Korniyçuk deyib.

“Paytaxtda vəziyyət yenidən canlanıb, maşınlar çoxalıb. Dünən Kiyevə raket zərbələri endirilməsi onu təsdiq edir ki, müharibə şəraitində raket zərbələri təhlükəsi qalır”, - o bildirib.

Korniyçuk qeyd edib ki, sakinlərə paytaxta qayıtmaq tövsiyə olunmur:

“Düşmən paytaxtı ələ keçirmək məqsədindən daşınmayıb. Ona görə də hərbi rəhbərlik paytaxtın müdafiəsi üçün yeni plan hazırlayıb. Hazırlıqlar aparılır, Kiyevin kənarında rayonların sərhədləri və mövqeləri möhkəmləndirilir”.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR