• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kiyevdə ardıcıl partlayışlar: ölənlər var

DÜNYA

03 Aprel 2025 | 23:05 | Müəllif: Subhan Mahmudov

Kiyevdə ardıcıl partlayışlar: ölənlər var

Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, partlayışlar Desnyanski və Dneprovski rayonlarında qeydə alınıb.

Partlayışlardan biri "Yunost" bazarında köşkdə baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub. Hadisənin səbəbləri araşdırılır.

Dneprovskidə qaraj yaxınlığındakı partlayışda isə bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb edilib.

Kiyev hərbi administrasiyası sakinləri fövqəladə hallarla bağlı xəbərdarlıqlara məsuliyyətlə yanaşmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026