• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Kəlbəcərdə iki yük avtomobili toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

23 Dekabr 2022 | 16:42

Kəlbəcərdə iki yük avtomobili toqquşdu - Xəsarət alanlar var

Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Kəlbəcərdə iki yük avtomobili toqquşdu - Xəsarət alanlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026