• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kabil hava limanında 5 nəfər ölüb

DÜNYA

16 Avqust 2021 | 13:06

Kabil hava limanında 5 nəfər ölüb

Bu gün Əfqanıstan paytaxtı Kabilin hava limanında çaxnaşma və atışma zamanı 5 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatları hadisə şahidlərinə istinadən “Reuters” agentliyi yayıb. 

Məlumata əsasən, Kabilin Həmid Qərzai beynəlxalq hava limanında şahidlərin biri cəsədlərin avtomobilə daşındığını görüb. Digər bir şahidin sözlərinə görə isə, bu insanların məhz hansı şəraitdə həlak olduğu ilə bağlı dəqiq məlumat yoxdur. 

“Al Arabiya” telekanalı isə öz növbəsində hava limanında insident zamanı 4 nəfərin həlak olduğu və 13 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, "Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Hətta bir qrup insan paytaxtın yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026