• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

CƏMİYYƏT

26 Sentyabr 2022 | 15:55

Jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək.

Bakıvaxtı.az xəbər  verir ki,  bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək.

Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək.

Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək.

Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR