• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

İsveçrədə milli matəm günü elan edildi

DÜNYA

04 Yanvar 2026 | 13:35 | Müəllif: Subhan Mahmudov

İsveçrədə milli matəm günü elan edildi

İsveçrə hökuməti Kran-Montana dağ kurortundakı barda 40 nəfərin ölümü ilə nəticələnən yanğından sonra 9 yanvar tarixini milli matəm günü elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Gi Parmelen "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.

Prezident, həmçinin həmin gün keçirilməsi nəzərdə tutulan anım mərasimində iştirak etmək niyyətindədir.

"Milli həmrəyliyin daha bir rəmzi olaraq, saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt bütün ölkə üzrə bir dəqiqəlik sükutun keçirilməsi planlaşdırılır", - deyə Parmelen əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR