Livanda keçirilən əməliyyatlar zamanı Hizbullahın 1400-dən çox üzvü öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, döyüş əməliyyatları martın 2-dən davam edir. Bu müddətdə Livan ərazisinə endirilən zərbələr nəticəsində 4300-dən çox hərbi infrastruktur obyekti məhv edilib.
Eyni dövrdə İsrail tərəfi 12 hərbçisinin həlak olduğunu açıqlayıb.
Bakı 




