İsrail Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfədir ki, səfir təyin etdi.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifə Amir Hayekə tapşırılıb. İndi bu vəzifəni müvəqqəti olaraq Eytan Naye icra edir. Hal-hazırda Hayek İsrail Otellər Birliyinin prezidentidir. Bundan əvvəl İsrail İstehsalçıları Birliyinə rəhbərlik etmiş və Sənaye, Ticarət və Əmək Nazirliyinin baş direktoru olmuşdur.
"İqtisadiyyat və turizm sahəsində geniş təcrübəyə və biliklərə sahib olan Amir Hayek məhz İsrail ilə BƏƏ arasındakı körpünü təşkil edə bilən şəxsdir. Səfirliklər açıldıqdan sonra BƏƏ-yə ilk səfiri təyin etməyin vaxtı gəldi ", - İsrail Xarici İşlər Naziri Yair Lapid bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az







jpg-1629804421.webp)








