Senator Lindsi Qrem ABŞ-nin İrandakı hərbi əməliyyatlarında iştirak edən təyyarələrə hava məkanını bağladığına görə İspaniyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Qrem X sosial media səhifəsində müvafiq paylaşım edib.
“Prezident Trampı İspaniya hökumətinin ABŞ hərbi personalı üçün hava məkanını qapatmaq qərarını qulaqardına vurmamağa çağırıram”, - deyə o yazıb.
Senator, həmçinin İspaniyadakı ABŞ hərbi bazalarını mümkün qədər tez bağlamağa və onları “bu resursların Amerikanı və dünyanı müdafiə etmək üçün istifadəsinə imkan verəcək bir ölkəyə köçürməyə” çağırış edib.
Qeyd edək ki, İspaniya hava məkanını İrana qarşı hərbi əməliyyatda iştirak edən ABŞ təyyarələri üçün bağlayıb. Madrid Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən ABŞ təyyarələrinin İspaniya hava məkanına girişini də məhdudlaşdırıb.
Bakı 




